Seksizm bəzi şəxslərin, əksər hallarda qadınların cinsi mənsubiyyətinə görə aşağı səviyyəli olması fikrinə əsaslanan hər hansı ifadə formasıdır (hərəkət, söz, təsvir, jest).
Seksizm zərərlidir.
O, dəyərsizlik hissinə, özünü senzuraya, mübarizədən çəkinmə strategiyalarının qəbul edilməsinə, davranışda dəyişikliklərə və sağlamlığın pisləşməsinəgətirib çıxarır.
Gender bərabərsizliyinin kökündə seksizm dayanır.
O, qadınlara və qızlara qeyri-mütənasib şəkildə təsir göstərir.
Seksizm həyatın bütün sahələrində mövcuddur, məsələn:
Qadın jurnalistlərin 63%-i şifahi təhqirlərlə üzləşib
Qadınlar kişilərə nisbətən ödənişsiz ev işlərinə təxminən iki dəfə çox vaxt sərf edirlər (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr)
Qadınların 80%-i bildiriblər ki, iş yerində kişilərin “özlərini üstün aparmaları” və “qadınların sözünü yarımçıq kəsmələri” fenomeni ilə qarşılaşıblar*
Avropada xəbərlərin mənbəyinin və mövzusunun 75%-ini kişilər təşkil edir
Birləşmiş Krallıqda sorğuda iştirak etmiş 16-18 yaşlı qızların 66%-i məktəbdə seksist ifadələrlə üzləşiblər və ya belə halların şahidi olublar
Amsterdamda qadınların 59%-i küçədəmüəyyən formada qısnamaya məruz qaldığını bildiriblər
Fransada rəyi soruşulan gənc qadınların 50%-i son dövrdə qadın olduqları üçün ədalətsizliyə və ya alçaldılmaya məruz qaldıqlarını bildiriblər
Serbiyada aparılmış araşdırma göstərir ki, biznesdə qadınların 76%-i kişilər qədər ciddi qəbul edilmir
Zorakılıq bəzən zarafatdan başlayır
Ayrı-ayrı seksist aktlar zərərsiz kimi görünə bilər, amma onlar təhdid, qorxu və güvənsizlik mühiti yaradır.
Bu, əsasən qadınlara və qızlara qarşı zorakılığın qəbul edilməsinə gətirib çıxarır.
Bu səbəbdən Avropa Şurası seksizmin qarşısının alınması və ona qarşı mübarizə aparılması üçün Tövsiyə qəbul edərək hərəkət keçməyi qərara almışdır.
Seksizm əsasən qadınlara təsir göstərir.
O, stereotip gender rolları ilə razılaşmayan kişilərə və oğlanlara da təsir edə bilər.
Seksizmin zərərli təsiri bəzi qadınlar və kişilər üçün onların etnik mənsubiyyəti, yaşı, əlilliyi, sosial mənşəyi, dini mənsubiyyəti, gender mənsubiyyəti,cinsi oriyentasiyası və ya digər amillər səbəbindən daha da ağırlaşa bilər.
Bəzi qadın qrupları, məsələn, gənc qadınlar, siyasətçilər, jurnalistlər və ya ictimai xadimlər seksizmin xüsusi hədəfləridir.
Parlamentə seçilən qadınların 58,2%-i sosial şəbəkələrdə seksist hücumlara hədəf olublar.